• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

“Siyasi partiyalar haqqında” qanun layihəsinə 45 dəyişiklik edilib

“Siyasi partiyalar haqqında” qanun layihəsinə 45 dəyişiklik edilib
23.11.2022 13:11
"Siyasi partiyalar haqqında” qanun layihəsinin 15 maddəsində 45 dəyişiklik edilib. Bu barədə  Milli Məclisin sədr müavini Fəzail İbrahimli məlumat verib. 

"Bu, son dəyişiklik deyil. Üç komitənin birgə iclası və parlamentdə iştirak edən siyasi partiya nümayəndələrinin dəvəti, onlardan alacağımız fikir və mülahizələr qanun layihəsinin sonrakı mərhələdə yenidən təkmilləşməsinə imkan  verəcək”, Milli Məclisin sədr müavini Fəzail İbrahimli "Siyasi partiyalar haqqında” qanun layihəsinin 3 parlament komitəsinin iclasında müzakirə zamanı deyib. 

REAL partiyasının üzvü Erkin Qədirli bu qanun layihəsinə səs verməyəcəyini bildirib. 

"Bu qanunun ayrı-ayrı müddəalarının müzakirəsi ilə vaxtınızı almaq istəmirəm. Sadəcə xahiş edirəm ki, protokolda yazılsın ki, bu layihəyə qarşıyam və plenar iclaslarda da əleyhinə səs verəcəm”, -  deputat söyləyib. 

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa isə bu qanun layihəsinin rəqabət mühitini boğmağa yönəli olduğunu deyib.

"Azərbaycanda bir hakim partiya var, hər kəsə məlumdur. Amma bu gün digər siyasi partiyaların da əsas niyyəti iqtidarda olmaqdır. Gəlin görək hakimiyyətdə olmaq üçün digər partiyaların nə qədər şansı və imkanı var? Hakimiyyət siyasi partiyalardan qorxmamalıdır, yeni münbit şərait yaradılmalıdır. İqtidar maraqlı olmalıdır ki, siyasi partiyalar inkişaf etsin, rəqabət mühiti olsun”, - Fazil Mustafa deyib. 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Siyasi partiyalar haqqında” qanun layihəsini Azərbaycanda yeni sistemin formalaşdırılmasına  və demokratik dövlət kimi güclənməsinə böyük töhfə adlandırıb.

"Müəyyən məqamlar var ki, hansısa qanun tərəfindən məhdudiyyət qoyulur, həm partiya yaradıcılarına, həm partiyada siyasi fəaliyyətlə məşğul olan şəxslərə… Məsələn, dini ekstremizmin və dini faktorun siyasətdən kənarlaşdırılması kimi. Bu, bir ehtiyacdır. Xarici dövlətin Azərbaycanın siyasi sisteminə hansısa Vardanyanların, Medvedçukların yol açmasına imkan verməmək zənnimcə, çox məntiqli və zəruridir”, -  Asim Mollazadə qeyd edib. 

Bununla yanaşı millət vəkili dövlətin partiya fəaliyyətinə müdaxiləsinə qarşı olduğunu da deyərək bildirib ki, " bütün məhdudiyyətlər ciddi şəkildə azaldılmalı və ya qanundan çıxarılmalıdır”.

"Siyasi partiyalar haqqında qanun" layihəsi Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında  müzakirə olunub. 
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol