Qondarma Dağlıq Qarabağın nazirləri istefaya göndərilib
Çərşənbə axşamı Qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" Arayik Arutyunyan "Qarabağ hökuməti"nin istefaya göndərilməsi barədə sərəncam verib. Bu barədə Ermənistan KİV xəbər verib.
Məlumata görə, qondarma dövlətin 9 "nazir”i istefa verib, lakin yeni "hökumət formalaşana qədər öz funksiyalarını qoruyub saxlayır”.
Amma "güc nazirləri”, eləcə də "dövlət naziri” Ruber Vardanyan öz postlarını saxlayıb.
Mütəxəssislərin fikrincə, Vardanyan Qarabağda islahatlar keçirmək üçün öz komandasını cəlb edəcək.
Əsasən erməni millətindən olanların yaşadığı və özünü qondarma Dağlıq Qarabağ Respublikası adlandıran Qarabağın dağlıq ərazisi Rusiya ssülhməramlılarının nəzarəti altındadır. 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan arasında bağlanan müqaviləyə görə, erməni silahlı qüvvələri ərazini tərk etməli olsalar da hələ ki, orada qalmaqdadırlar.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq