• $
  • £

Avropa Parlamenti Ukraynaya 18 milyard avro kredit ayırması qərarını dəstəkləyib

Avropa Parlamenti Ukraynaya 18 milyard avro kredit ayırması qərarını dəstəkləyib
24.11.2022 16:50
Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının 2023-cü ildə Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımı ayırması planını dəstəkləyiblər. Bu barədə Avropa Parlamentinin saytında məlumat verilib.

Parlamentarilər hesab edirlər ki, bu məbləğ Ukraynanın əsas dövlət xidmətlərinin göstərilməsi və kritik infrastrukturun bərpası üçün aylıq ehtiyaclarının bir hissəsini ödəməyə kömək edəcək. Dəstək paketi gələn ilin əvvəlindən müntəzəm hissələrlə ödəniləcək kreditlər şəklində veriləcək.

Ötən həftə Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, fevralın sonunda ölkədə hərbi əməliyyatlar başlayandan bəri Kiyev 23 milyard dollardan çox xarici maliyyə yardımı alıb.

Həmçinin məlumat verilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynaya 384 milyon dollar (372 milyon avro) məbləğində maliyyə yardımının ayrılmasını təsdiqləyib.

Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir. Bunu fevralın 24-də Rusiya prezidenti Vladimir Putin bəyan edib. Onun sözlərinə görə, hərbi əməliyyatın məqsədi qonşu ölkəni demilitarizasiya etmək və onun hakimiyyətini denazifikasiya etməkdir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var - Video
Cəmiyyət 19:44
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var - Video
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:07
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
Cəmiyyət 18:13
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
ABŞ-də benzin 4 dollar bahalaşıb
Cəmiyyət 17:50
ABŞ-də benzin 4 dollar bahalaşıb
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Cəmiyyət 17:15
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Balıq ovu aprelin 1-dən qadağan edilir
Cəmiyyət 17:07
Balıq ovu aprelin 1-dən qadağan edilir
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 16:38
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
Cəmiyyət 15:50
Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var
Cəmiyyət 15:35
Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol