Sabah Azərbaycan-Türkiyə-Qazaxıstan nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək

Sabah Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Gürcüstanın da iştirak edəcəyi gözlənilir.
Görüş üç ölkəni maraqlandıran məsələlər üzrə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.
www.anews.az