• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Tovuzda yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Tovuzda yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
26.11.2022 11:38
Tovuzda yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirlindən məlumat verilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edib.

Belə ki:

- obyekt yanğın avtomatika qurğuları ilə təmin edilməyib;

- elektrik təchizatı və elektrik qurğuları "Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- ildırımın təsirindən və statik elektrikləşmənin boşalmasından mühafizə olunmaq üçün bütün metal aparatların yerlə birləşdirilməsi təmin olunmayıb;

- sıxılmış maye qaz balonlarının saxlanılması "Təzyiq altında işləyən tutumların (qabların) quruluşu və təhlükəsiz istismarı qaydaları”nın tələblərinə cavab vermir;

- partlayış təhlükəli stansiya otaqlarında, sıxılmış qaz və yanar qaz balonları saxlanılan otaqda hava-qaz qatılığının partlayış həddini bildirən siqnalizasiya cihazı quraşdırılmayıb;

- yüksək yanğın təhlükəsinə malik olan avadanlığın yanında təhlükəsizlik lövhəcikləri yerləşdirilməyib;

- obyektin istismar edilməsi Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyekt "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmayıb.

Obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində işlərin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin sahibi Abdıyev Şahmurad Abbas oğluna təqdim edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
İqtisadiyyat 16:47
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 16:21
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ”
Supermarketlərdə et, avtomobil qazan!
İqtisadiyyat 14:58
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol