Qarabağda imzalanan kontraktlar ictimaiyyətə açıqlanmır - MHŞT
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində (Qarabağda,- red) yerləşən mədən sənayesinə aid yataqlar üzrə imzalanmış kontraktlar açıqlanmalı və ictimaiyyətə təqdim olunmalıdır. Bu barədə Mədən Sənayesində şəffaflığın artırılması koalisiyasının XXII Ümumi Yığıncağında qəbul edilən müraciətdə bildirilib.
"Ölkədə MHŞT Standart və tələbləri içərisində xüsusi əhəmiyyət daşıyan müqavilələrin açıqlanması tələbi də qismən icra edilmiş vəziyyətdədir. Belə ki, bu günə qədər Statistika Komitəsinin saytında cəmi 13 müqavilə açıqlanıb ki, bunların da 5-i BP-nin vebsaytında dərc edilib. Həmçinin ,onu da qeyd edək ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Qarabağda yerləşən mədən sənayesində imzalamış kontraktlar açıqlanmamış və ictimaiyyətə təqdim olunmamaışdır”, - müraciətdə deyilir.
Sənəddə Azərbaycan Dövlət Statistika komitəsi tərəfindən yaradılmış Hasilat sənayesində Şəffaflıq Portalı vasitəsilə ölkədə fəaliyyət göstərən bir neçə transmilli şirkətləri MHŞT hesabatlarının mahiyyətinə uyğun olaraq müəyyən məlumatlar, hesabatların açıqlanması, bunların də əsasında Komitə tərəfindən yekun şəffaflıq hesabatı hazırlanaraq ictimaiyyətə çatdırılması məsələləri də qeyd edilib.
"Lakin, Dövlət Statistika komitəsi tərəfindən yaradılan hesabat MHŞT standart və tələblərini əks etdirmir, hesabatın layihəsinin hazırlanması, açıqlanması və müzakirəsində vətəndaş cəmiyyətinin üzvləri, müstəqil,ekspertlər dəvət olunmur, nəticədə MHŞT-nin əsas tərəfi hesab edilən VC-nin bu prosesdə iştirakçılığı minimuma endirilmiş olur. Bu isə ölkədə mədən sənayesində şəffaflğın təmin edilməsi prosesinin MHŞT fəlsəfəsindən, standart və tələblərindən təmamilə uzaqlaşma müşahidə olunur”, - müzakirələrdə bildirilir.
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası, Hasilat sənayesində şəffaflığın artırılması çərçivəsində benefisiar sahiblik məlumatların, kontraktların açıqlanması, hesabatların təqdim olunması və eləcə işğaldan azad olunmuş ərazilərdə aparılacaq mədən işlərində şəffaflığın təmin olunmasını, təşəbbüsün tələblərinə müvafiq sürətdə davam etdirilməsinin hökümətin vacib vəzifə və öhdəliklərinin olmasını və dünyada və regionda bu istiqamətdə gedən proseslərin dinamikliyini, Azərbaycanın MHŞT-dən çıxmasının ölkənin investisiya və kredit reytinqinə, korrupsiya qavrama indeksinə, yaxşı idarəetmə göstəricilərinə, açıq büdcə indeksinə və s. təsirini nəzərə alaraq, Azərbaycan hökümətini vətəndaş cəmiyyətinin fəaliyyət mühitini yaxşılaşdırmaq üçün bütün hüquqi və praktiki maneələri (müvafiq qanunvericilikdə edilmiş məhdudlaşdırıcı dəyişikliklər, o cümlədən, qeydiyyatdan çıxarışlar, qrantların və donorların qeydiyyatı tələbləri və s.) aradan qaldırmağa çağırıb.
Çağırışın ikinci bəndində MSŞA Azərbaycan hökümətini ölkənin beynəlxalq institutlarla və bu sahədə peşəkarlaşmış QHT koalisiyaları ilə əməkdaşlığını davam etdirməyə, bu sektorda işləyən şirkətlər və korporasiyalarla vətəndaş cəmiyyətinin əlaqələrinin inkişaf etdirilməsini bu sektorda şəffaflıq və hesabatlığın təmin olunması, hebelə, ölkə vətəndaşlarının neft və mədən gəlirləri barədə daha çox məlumatlı almasına, eləcə də, ölkənin beynəlxalq imicinə müsbət təsirini nəzərə alaraq ən yaxın müddətdə MHŞT üzrə beynəlxalq təşəbbüsə yenidən qoşulmağa səsləyib.
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Azərbaycanın təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərə ictimai nəzarəti təşkil etmək və mədən sənayesində şəffaflığın artırılmasını dəstəkləmək məqsədilə yaradılan, sıralarında onlarla QHT-ləri, ictimai xadimləri, ekspert və jurnalistləri birləşdirən vətəndaş cəmiyyəti alyansıdır. 2017-ci ildə MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycanın təşəbbüsdə üzvlüyünün dayandırılmasına qərar verilib.
MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin bu qərarından dərhal sonra Azərbaycan hökuməti 2017-ci ildə 5 aprel tarixli Prezident Fərmanıyla Hasilat Sənayesində Şəffalıq Komissiyası yaradaraq təşəbbüsü fərdi qaydada apacağını bəyan edib. Lakin bu fərmanda hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq standartların tətbiqinin davam etdiriləcəyi, bütün mаrаqlı tərəflərin iştirakının təmin ediləcəyi bəyan olunsa da, hökümət Komissiyası təşəbbüsün əsas tərəfi olaraq MSŞA Koalisiyası ilə birgə fəaliyyətdən imtina etmiş və bununla da Azərbaycanda 3 tərəfin bərabərhüquqlu şəffaflıq prosesini aparması praktikasına son qoyulmuş və nəticədə Çoxtərəfli Qrupun fəaliyyəti dayandırılıb.
Lida Abbaslı
Son xəbərlər
Daha çox