Azərbaycana qarşı qətnamə Parisin rəsmi mövqeyi deyil - Fransa XİN
Fransa parlamentinin palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi xəttini əks etdirmir. Bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Bundan əvvəl Fransa Senatı və Milli Assambleyası hökuməti Ermənistana qarşı atılan addımları davam etdirəcəyi təqdirdə Azərbaycan nümayəndələrinə qarşı şəxsi sanksiyaların tətbiqi imkanlarına baxmağa çağıran qətnamələr qəbul edib.
Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur.
Fransa parlamentinin aşağı palatası yekdilliklə Azərbaycanın Ermənistana "təcavüzü”nün dayandırılmasını tələb edən qərəzli qətnamə qəbul edib.
Qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib.
www.anews.az

O, xarici işlər naziri Ketrin Kolonnanın "Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcək” - deyib.
Fransa parlamentinin aşağı palatası yekdilliklə Azərbaycanın Ermənistana "təcavüzü”nün dayandırılmasını tələb edən qərəzli qətnamə qəbul edib.
Qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib.
Səsvermədən əvvəl Fransa Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər.
Gülnar
www.anews.az
Son xəbərlər
Daha çox