Azərbaycanda yeyinti məhsulları üzrə təminat 80%-dən çoxdur

Azərbaycanda yeyinti məhsulları üzrə təminat 80%-dən yuxarıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
"Son iki il ərzində görülən işlər nəticəsində Azərbaycan ən az ərzaq qıtlığı ilə üzləşən ölkələrdən birinə çevrilib. Gələn ilin büdcəsində bu məqsədlər üçün 625 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Azərbaycanda yeyinti məhsulları üzrə təminat 80%-dən yuxarıdır, - Mirkişili rəhbərlik etdiyi komitənin iclasında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanl bildiib.
Onun sözlərinə, qanuna "Əhalinin ərzaq təhlükəsizliyi" adlanan beşinci fəsil əlavə olunub.
"Bu dəyişikliklər ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Qanunda olan ikinci böyük bölüm dövlət ərzaq ehtiyatlarının yaradılması və onlardan hansı halalrda istifadə ilə bağlıdır. Bu ehtiyatlardan iki halda istifadə oluna bilər. Birinci qida ehtiyacını ödəmək, qida sənayesinə kömək göstərmək məqsədilə, ikinci isə xarici dövlətlərə humanitar yardım etmək məqsədilə ərzaq ehtiyatlarından istifadə oluna bilər", - Mirkişili bildirib.
Onun sözlərinə görə, Əhalinin ərzaq təhlükəsizliyini nəzərdə tutan fəsilə ərzaq balansının tərtibi də daxil edilib.
"Ərzaq balansı Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi qayda əsasında tərtib ediləcək. Bu yenilik fermerləri və özəl sektoru istehsal göstəriciləri ilə bağlı məcburi məlumat vermələrini də nəzərdə tutur. Məlumatları təqdim etməyən subyektlər 25-150 manat arası cərimə olunacaqlar", - Mirkişili vurğulayıb.
Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov sözlərinə görə, Azərbaycanda ərzaq balansının tərtib olunmasının ilk növbədə metodoloji əsasları var.
"Biz bu qaydaları keçən il uyğun qurumlarla razılaşdırmaqla beynəlxalq standartlara,BMT metodologiyasına əsaslanaraq hazırlamışıq. Biz informasiyanı həm müəssisə və təşkilatlardan, nazirliklərdən, komitələrdən alırırq, həm də sorğular göndəririk. Statistika məlumatlarının verilməsi məcburidir və bundan yayınmaya görə, 300-500 manat arası cərimə nəzərdə tutulub", - Səlmov bildirib.
Dövlət ehtiyatları agentliyinin sədr müavini Hidayət Əzimovun sözlərnə görə, agentlik tərəfindın artıq strateji əhəmiyyətli malların siyahısının hazırlanması, onların saxlanması və istifadəsi ilə bağlı qaydalar işlənir.
"Xarici təcrübə əsasında dövlət ehtiyatları konsepsiya yaradılıb. Bura 3 cür - strateji, fövqəladə və səfərbərlik ehtiyatları daxildir. Strateji ehtiyatlar özü 3 yerə - ərzaq, dərman və enerji daşıyıcılarının ehtiyatına bölünür", - Əzimov deyib.
Onun sözlərinə görə, artıq dövlət ehtiyatları barədə qanun layihəsi hazırlanıb.
N.Təbrizli
www.anews.az