Azərbaycanın taxıl ehtiyatları barədə məlumat açıqlanıb

Hazırda Azərbaycanda 4 aylıq taxıl ehtiyatı mövcuddur. Bu barədə Dövlət ehtiyatları agentliyinin sədr müavini Hidayət Əzimov məlumat verib.
"Taxıl ehtiyatı barədə danışarkən ərzaqlıq buğdadan söhbət gedir. 2023-cü ilin iyulunda ərzaqlıq buğda ilə bağlı bir neçə qurum müvafiq tədbir görüb. Növbəti addım onun tədarükünü təmin etmək oldu. Həm yerli istehsalçılar, həm də xarici taxıl tədarükçüləri ilə bağlanmış müqavilələr əsasında tazılın alınması prosesinə başlanıb. Hazırda bazar üzrə 4 aylıq taxıl ehtiyatı mövcuddur", - Əzimov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-vü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir.
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər