• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Aİ Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı razılığa gələ bilmədi

Aİ Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı razılığa gələ bilmədi
01.12.2022 17:14
Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı razılıq hələ əldə olunmayıb. Bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Tim Makfi bildirib.
 
Onun sözlərinə görə Aİ G7-dəki tərəfdaşları ilə işləməyə davam edir.

G7 ölkələrinin maliyyə nazirləri Rusiya neftinə qiymət məhdudiyyətləri tətbiq etməyə razılaşıblar.

Aİ neft üçün dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən qiymət tavanının tətbiqini təklif edir.

Rusiya xəbərdarlıq edib ki, qiymət tavanı tətbiq edən ölkələr Rusiya neftindən məhrum olacaq. Prezident Vladimir Putin bununla bağlı bildirib ki, əgər bu, onun maraqlarına ziddirsə, Rusiya xaricə heç nə vermək niyyətində deyil.

Oktyabrın 6-da Aİ Rusiya neftinin qiymət tavanından yuxarı üçüncü ölkələrə daşınmasına qadağa, eləcə də müvafiq xidmətlərə qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar paketi təqdim edib.

Eyni zamanda, Aİ-də qiymət tavanının müəyyən edilməsi üçün hər dəfə Aİ Şurasının mandatı (birliyin bütün ölkələri tərəfindən qərarın yekdilliklə təsdiqlənməsi) tələb olunur. Bu o deməkdir ki, Aİ-nin istənilən dövləti Rusiya neftinə yeni qiymət həddini təyin etmək üçün veto hüququndan istifadə edə bilər.

Baş nazirin müavini Aleksandr Novak qeyd edib ki, Rusiya yalnız bazar şəraitində işləməyə hazır olan istehlakçılarla əməkdaşlığı davam etdirəcək.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
İqtisadiyyat 16:47
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 16:21
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ”
Supermarketlərdə et, avtomobil qazan!
İqtisadiyyat 14:58
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol