• $ 1.7
  • € 1.9691
  • ₽ 0.021563
  • ₺ 0.04
  • £ 2.2419

Bakı Fond Birjasında əməliyyatlar üzrə dövriyyə 12,5% azalıb

Bakı Fond Birjasında əməliyyatlar üzrə dövriyyə 12,5% azalıb
02.12.2022 18:11
2022-ci ilin yanvar-noyabrında Bakı Fond Birjasında (BFB) bütün alətlər (törəmə alətlər istisna olmaqla) üzrə birja əməliyyatlarının ümumi dövriyyəsi 12 milyard 378 milyon 180,516 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% azdır, bu barədə birja  məlumat yayıb.

Dövlət qiymətli kağızları ilə əməliyyatlar 6 milyard 686 milyon 834,404 min manat (azalma 2,4%) təşkil edib. Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən buraxılmış istiqrazların yerləşdirilməsinin həcmi 1 milyard 983 milyon 922,724 min manat (azalma 14,3%) təşkil edib. İstiqrazların ilkin bazarda yerləşdirilməsinin həcmi 1 milyard 410 milyon 379,001 min manat, təkrar bazarda isə 573 milyon 543,723 min manat təşkil edib.

Hesabat dövründə Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsinin həcmi 4 milyard 702 milyon 911,68 min manat (artım 3,7%) təşkil edib. Notların ilkin bazarda yerləşdirilməsinin həcmi 4 milyard 498 milyon 616,285 min manat, təkrar bazarda isə 204 milyon 295,395 min manat təşkil edib.

11 ay ərzində BFB-nin ümumi dövriyyəsində korporativ bazarın payı 1 milyard 274 milyon 575,991 min manat (artım 2 dəfə) təşkil edib. Bununla yanaşı, ilkin bazarın payı 635 milyon 571,255 min manat, təkrar bazarın payı 639 milyon 4,737 min manat təşkil edib.

O cümlədən, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKGF) istiqrazlarının yerləşdirilməsinin həcmi 868 milyon 860,975 min manat təşkil edib. Digər korporativ istiqrazların yerləşdirilməsinin həcmi 381 milyon 254,579 min manat, səhmlərin yerləşdirilməsinin həcmi 24 milyon 460,438 min manat təşkil edib.

Yanvar-noyabr aylarında BFB-nin ümumi dövriyyəsində repo əməliyyatlarının payı 4 milyard 416 milyon 770,121 min manat (33,5 faiz az) təşkil edib.

BFB-dən verilən məlumata görə, birjanın kapitallaşması (listinqdə olan qiymətli kağızların dəyəri) noyabrın sonuna 4 milyard 191 milyon 479,389 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəli ilə müqayisədə 4% azdır.
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Qida sahəsi üzrə 33 dövlət standartının layihəsi müzakirə edilib
İqtisadiyyat 16:49
Qida sahəsi üzrə 33 dövlət standartının layihəsi müzakirə edilib
Mərkəzi Bank vaxtı keçmiş kreditlərin səviyyəsini açıqlayıb
İqtisadiyyat 14:39
Mərkəzi Bank vaxtı keçmiş kreditlərin səviyyəsini açıqlayıb
Ən çox əmanət qoyluşu Abşeron-Xızı zonasının payına düşür
İqtisadiyyat 14:02
Ən çox əmanət qoyluşu Abşeron-Xızı zonasının payına düşür
Aqrar Sığorta Fondu: Son iki ilin ən böyük sığorta ödənişi 1,1 milyon manat olub
İqtisadiyyat 12:42
Aqrar Sığorta Fondu: Son iki ilin ən böyük sığorta ödənişi 1,1 milyon manat olub
Bu il ölkədə meyvə bağı üzrə 700 min manatdan çox sığorta ödənişi verilib
İqtisadiyyat 12:20
Bu il ölkədə meyvə bağı üzrə 700 min manatdan çox sığorta ödənişi verilib
Ən çox kredit qoyuluşu Abşeron-Xızının payına düşür
İqtisadiyyat 12:19
Ən çox kredit qoyuluşu Abşeron-Xızının payına düşür
Azərbaycanda quraqlıq sığortası hazırlanır
İqtisadiyyat 12:11
Azərbaycanda quraqlıq sığortası hazırlanır
Oktyabrda qida məhsulları və siqaretin qiymətində 0,8% artım olub
İqtisadiyyat 11:49
Oktyabrda qida məhsulları və siqaretin qiymətində 0,8% artım olub
Aqrar Sığorta Fondu 20 milyon manata yaxın zərərin ödənilməsini təmin edib
İqtisadiyyat 11:44
Aqrar Sığorta Fondu 20 milyon manata yaxın zərərin ödənilməsini təmin edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol