Ukrayna səfiri Azərbaycan, Çin və Slovakiyaya təşəkkür edib
Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan, Çin və Slovakiyaya təşəkkür edib.
Diplomat bunu feysbukda yazıb.
"Bu gün "Təmiz Ürək” Xeyriyyə Fondu ilə birlikdə İvano-Frankivsk bölgəsinin əhalisinin həssas təbəqələrinə və Kiyev bölgəsindən olan müharibə qurbanlarının ailələrinə ərzaq və gigiyena vasitələrinin təminatında köməklik göstərilib”, - diplomat bildirib.
www.anews.az
Son xəbərlər
Daha çox