İki bölgədə düşmənin hücumları dəf edilib
Ukrayna hərbçiləri Luqansk və Donetsk vilayətlərində düşmənin hücumlarını uğurla dəf edib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat verib.
Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Çervonopopovka və Donetsk vilayətinin Soledar, Poprosnoye, Nevelskoye, Krasnoqorovka və Maryinka yaşayış məntəqələri ərazilərində Rusiya hərbçilərinin hücumlarını dəf edib.
Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 17, düşmənin zenit-raket komplekslərinin mövqelərinə isə 3 zərbə endirib.
Ötən sutka ərzində Rusiya qoşunlarına məxsus bir helikopter və 6 "Orlan-10” tipli PUA vurulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox