Messi yeni rekorda İMZA ATDI
![Messi yeni rekorda İMZA ATDI Messi yeni rekorda İMZA ATDI](https://anews.az/photo/850x500/2022-12/1670144821_1670142036_1670142023_1670139352_fotojet-2022-12-04t095427.055.jpg)
Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib.
35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub.
Turnirin tarixi ərzində heç bir futbolçu sözügedən mükafata Messi qədər layiq görülməyib. Təcrübəli forvard "yaşıl qitə" təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub.
Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.
Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. "Narıncılar" 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb - 3:1.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)