• $
  • £

İran XİN - “3+3” platforması Qafqazda regional təhlükəsizliyi təmin edəcək

İran XİN - “3+3” platforması Qafqazda regional təhlükəsizliyi təmin edəcək
05.12.2022 15:45
Tehran və Moskva Qafqazda yaxşı əməkdaşlıq edir və 3+3 əməkdaşlıq formatı Qafqaz regionunda regional təhlükəsizliyi təmin edə bilər. İran mətbuatı xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kani bildirib.

 "İranla Rusiya arasındakı münasibətlər təkcə Suriya məsələsi ilə məhdudlaşmır. Tehran və Moskva Qafqazda yaxşı qarşılıqlı fəaliyyət göstərirlər və 3+3 əməkdaşlıq formatı Qafqazda regional təhlükəsizliyin təmin edilməsi üçün çox yaxşı model hesab olunur”, - Baqeri Moskvada jurnalistlərə bildirib.
 
İran xarici işlər nazirinin müavini həmçinin bildirib ki, İran və Rusiya əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın təşviqi mexanizmləri barədə razılığa gəliblər. 2021-ci il dekabrın 10-da Moskvada 3+3 Məşvərətçi Regional Platformasının ilk iclası keçirilib. İclasa Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri, eləcə də İran Xarici İşlər Nazirliyinin baş direktoru Əlirza Hagiqyan həmsədrlik edib. Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirakdan çəkiniblər. Altıtərəfli əməkdaşlıq formatı - Rusiya, İran, Türkiyə və Cənubi Qafqaz ölkələri Ermənistan, Azərbaycan, Gürcüstan - daha əvvəl Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verməyə hazır olduğunu bəyan edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
Dünya 09:00
Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol