Ermənistan yenə KTMT-dən narazılıq etdi
Ermənistan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını bəyan etməyib, lakin İrəvan təşkilatın respublikaya münasibətindən narahatdır.
KTMT PA-nın əvvəlki iclası bu ilin iyununda İrəvanda keçirilib. KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
www.anews.az
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının birgə iclası və KTMT PA-nın on beşinci plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, KTMT-nin bəzi passivliyi, eləcə də bəzi müttəfiqlərin rəsmi bəyanatları Ermənistanda ictimai əhval-ruhiyyənin təşkilata qarşı ciddi dəyişikliklərə məruz qalmasına səbəb olub.
"Biz heç vaxt KTMT-dən çıxmaqla bağlı bəyanatlar verməmişik, KTMT-nin regionu tərk etdiyini demişik, bundan çox narahatıq. Belə görünür ki, Ermənistan ərazisi KTMT üçün eyni strateji əhəmiyyətə malik deyil”, - Ermənistanın spikeri bildirib.
Dekabrın 5-də KTMT Parlament Assambleyası şurasının iclası və KTMT PA-nın XV plenar iclası keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər