• $
  • £

“Regional Azərbaycan Çempionatı” layihəsinin final-bağlanış mərasimi keçirilib

“Regional Azərbaycan Çempionatı” layihəsinin final-bağlanış mərasimi keçirilib
08.12.2022 22:23
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu və Basqal Hotelin təşkilatçılığı ilə  Nə? Harada? Nə zaman? Intellektual oyunu üzrə "Regional Azərbaycan Çempionatı” layihəsinin final-bağlanış mərasimi keçirilib.

Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman idarəsini rəisi Taleh Salehov və İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov və İsmayıllı İntellektual Oyunlar Klubunun sədri çıxış edib.

Taleh Salehov bildirib ki, bu cür intellektual layihələrin təşkili region gənclərinin fundamental inkişafına dəstək göstərir. Peşəkar kadr olaraq gənclərin yetişməsində önəmli məsələlərdəndir.

Həmçinin bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İsmayıllı İntellektual Oyunlar Klubu ictimai birliyi və Basqal Hotelin birgə təşkilatçılığı ilə keçirilən Nə? Harada? Nə zaman? Intelelktual oyunu üzrə "Regional Azərbaycan Çempionatı” layihəsi regionların yarışdığı ən mötəbər turnirdir.

Azad Manaflı isə çıxışında bildirib ki, region gəncləri üçün önəmli layihələrdəndir. Gənclərin intellektual inkişafında dövlətin də xüsusi marağı var. Gələcəkdə bu tip layihələr genişləndiriləcək və gənclər üçün yeni imkanlar yaradılacaq.

5 regionda təşkil edilən seçim turunda ümumilikdə 70-dən artıq komanda mübarizə aparıb. Digər regionların da komandalarından ibarət 28 komanda finalda qalibiyyət uğrunda gərgin mübarizə apararaq Lənkaran şəhərinin "ATOM” III yer, Gəncə şəhərinin "Mindhunters” II yer və 2022-ci il üzrə Regional Azərbaycan Çempionu Gədəbəyin "Liberland” komandası olmuşdur. Qalib komandalar layihənin dəstəkçilərindən və təşkilat komitəsi tərəfindən dəyərli hədiyyələr, kubok və medallar ilə mükafatlandırılıb.

Layihənin keçirilməsində əsas  məqsəd regionların intellektual potensialının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, vətənpərvərlik hislərinin intellekt yolu ilə təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə onları pis vərdişlərdən kənar tutmaqdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol