• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Azərbaycanda ərzaq və buğda problemi yoxdur - Baş nazir

Azərbaycanda ərzaq və buğda problemi yoxdur - Baş nazir
09.12.2022 12:21
Hazırda Azərbaycanda ərzaq ehtiyacı ilə buğda ilə bağlı heç bir problem yoxdur. Bunu Parlamentin bu gün keçirilən iclasında baş nazir Əli Əsədov deyib.

"Bu istiqamətdə hökumət işlər görür. Sahibkarlara subsidiyların verilməsi, gömrük,vergi güzəştləri edilir. Əsas ərzaq ehtiyatlarının yaradılması üzrə də işlər görülür. 90 günlük mal ehtiyatları yaradılıb”, - baş nazir bildirib.

Dövlət ehtiyatları agentliyinin sədr müavini Hidayət Əzimov dekabrın 1-də mətbuata açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 4 aylıq taxıl ehtiyatı mövcuddur.

"Taxıl ehtiyatı barədə danışarkən ərzaqlıq buğdadan söhbət gedir.  2023-cü ilin iyulunda ərzaqlıq buğda ilə bağlı bir neçə qurum müvafiq tədbir görüb. Növbəti addım onun tədarükünü təmin etmək oldu.  Həm yerli istehsalçılar, həm də xarici taxıl tədarükçüləri ilə bağlanmış müqavilələr əsasında tazılın alınması prosesinə başlanıb. Hazırda  bazar üzrə 4 aylıq taxıl ehtiyatı mövcuddur",  - Əzimov deyib.

Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-vü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir. 
 
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır.
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol