Mərakeşin rəqibi Fransa oldu
![Mərakeşin rəqibi Fransa oldu Mərakeşin rəqibi Fransa oldu](https://anews.az/photo/850x500/2022-12/1670735248_ads.jpg)
Fransa dünya çempionatının 1/4 finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edərək yarımfinala keçib.
Yarım finalda Fransa millisi Mərakeş yığması ilə qarşılaşacaq.
Fransa milli futbol komandası 21-ci əsrdə növbəti turnirin yarımfinalına yüksələn futbol üzrə ilk dünya çempionu oldu.
2006-cı ildə turnirin qalibi olan Braziliya 1/4 finalda turniri tərk etmişdi. Fransızlar 2002-ci ildə qrupdan çıxmadıqları üçün çempion titulunu qoruya bilməyiblər. İtaliya, İspaniya və Almaniya da kubokun sahibləri olsalar da qrupdan çıxa bilməmişdilər.
Sonuncu dəfə fəaliyyətdə olan dünya çempionu komandası növbəti turnirin yarımfinalına 1998-ci ildə çıxıb. Bu daha sonra finalda Fransaya məğlub olan (0:3 hesabla) Braziliya yığması idi.
Fransa DÇ-2022-nin 1/4 finalında İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib. 17-ci dəqiqədə Aurélien Tchouamenynin qolundan sonra Fransa önə keçsə də, 54-cü dəqiqədə ingilislər Harri Keynin vurduğu penalti sayəsində hesabı bərabərləşdirib. .
78-ci dəqiqədə Olivye Jiru rəqiblərin qapısına dəqiq zərbə endirib. Hakim 84-cü dəqiqədə daha bir penalti təyin etdiyi üçün İngiltərə yenidən hesabı bərabərləşdirmək şansı əldə edib, lakin bu dəfə Keyn topu vura bilməyib.
Bundan əvvəl İngiltərə millisinin futbolçusu Harri Keyn Dünya Kubokunun 1/4 finalında Fransaya uduzduqdan sonra komandanın kapitanı olub.
2022-ci ilin futbol üzrə dünya çempionatı Qətərdə keçirilir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər