11 ayda əsas kapitala ödənilən məbləğ açıqlanıb

2022-ci ilin 11 ayında əsas kapitala 13053,6 milyon manat məbləğində vəsait ödənilib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən verilən məlumata görə, keçən il ilə müqayisədə 8,2 faiz çox vəsait əldə edilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 14,7 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,5 faiz artıb.
Ümumi vəsaitin müəssisə və təşkilatlarda 48,4 faiz, büdcə vəsaitləri 37,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, bank kreditləri 2,7 faiz, sair vəsaitlər isə 3,8 faiz təşkil edib.
Aytac Zeynalova
www.anews.az