Rusiya Hindistan banklarında hesab açır - "Mint" qəzeti

Rusiya bankları iki ölkə arasında ticarət hesablaşmaları üçün Hindistanda rupi hesabları açmağa icazə alıblar. Bu barədə Hindistanın Mint qəzeti yazıb.
"Təxminən 10-11 vostro hesabı açılıb. Məsələn, IndusInd Bank-da altı vostro hesabı açılıb. Bu o deməkdir ki, altı müxtəlif Rusiya bankı bankda hesab açıb", - hökumət sözçüsü bildirib.
Hindistanlı ixracatçılar Rusiyaya çatdırılmaların gələn həftə rupi ilə ödəniləcəyini gözləyirlər. Yeni hesablaşma sistemi Hindistan Ehtiyat Bankının bir neçə ay əvvəl istifadəyə verməsindən bəri ilk dəfə sınaqdan keçiriləcək.
Qarşılıqlı ticarət dövriyyəsi artır: Rusiya ixracatçıları dərman vasitələrinin və avtomobil hissələrinin tədarükü üçün müraciətlərini əhəmiyyətli dərəcədə artırıblar. 2022-ci ilin fevral-mayda Hindistanın Rusiyadan idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 8,6 milyard dollara çatıb.
İndi Rusiyadan Hindistana idxal Hindistanın Rusiyaya ixracını 10 dəfə üstələyir.
Hindistan sanksiyalardan qaçmaq üçün İranla olduğu kimi ticarəti davam etidirir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər