Deputat - Qadın sahibkarların fəaliyyəti ilə bağlı "youtube" kanalı açılsın

Qadın sahibkarlara dəstək olmaq üçün youtub kanalı açılsın. Bunu Milli Məclisin deputatı Rüfət Quliyev "Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
"Mən bununla bağlı televiziyalardan birinə layihə təqdim etdim. Amma onların marağında olmadığı üçün qəbul etmədilər. Təklif edirəm ki, bununla bağlı youtubda kanal yaradılsın və bizim fədakar sahibkarlar həmin verlişlər vasitəsilə hər kəsə tanıdılsın”, - deputat bildirib.
Millət vəkili Hicran Hüseynova təklifə cavab olaraq bildirib ki, sahibkar qadınların öz fəaliyyət istiqamətləri üzrə rəsmi saytları fəaliyyət göstərir.
"Televiziya kanallarında bu istiqamətdə verlişlərin olması arzuolunandır. Amma kanalların öz fəaliyyət istiqamətləri var. Biz sadəcə təklif edə bilərik”, - deputat söyləyib.
Gülnar Nazimqızı
www.anews.az