• $
  • £

Erməni səfirin Zəngəzur dəhlizi ilə bağlı çıxışına Azərbaycandan CAVAB

Erməni səfirin Zəngəzur dəhlizi ilə bağlı çıxışına Azərbaycandan CAVAB
14.12.2022 17:32
Ermənistan üçüncü dövlətlərin öz ərazisindən Zəngəzur dəhlizinin çəkilməsi üçün istifadə etməsinə icazə verməyəcək. Bu barədə Ermənistanın İrandakı səfiri Arsen Avaqyan Tasnim agentliyinə müsahibəsində bildirib.
 

"İrəvan və Bakı qondarma "Zəngəzur dəhlizi” ilə bağlı heç bir sənəd imzalamayıb və müvafiq olaraq Ermənistanın bu məsələdə heç bir öhdəliyi yoxdur" - o vurğulayıb. 
 
Deputat Elman Nəsirov məsələni şərh edərkən  bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin adını çəkməsə də, Ermənistanla Azərbaycan arasında kommunikasiyanın bərpası ilə bağlı addımların atılması ideyasını qəbul edib.

"Ermənistan tərəfindən Zəngəzur dəhlizinin iqtisadi, texniki əsaslandırma işlərinə belə başlanılmayıb. İrandakı səfir isə üçüncü dövlətin yolu çəkməsindən danışır. Axı Ermənistan yolun çəkilməsi ilə bağlı öhdəlikləri yerinə yetirməyib. Bu səbəbdən də, belə bəyanatların heç bir real əsası yoxdur. Azərbaycan tərəfi yolu özü çəkir, burada üçüncü dövlət iştirak etmir və yolun qalan hissəsinin də Ermənistan tərindən çəkilməsini gözləyir”, - deputat deyib.
 
Elman Nəsirov hesab edir ki,  yolun istifadəsi məsələsi  blokadada olan Ermənistan üçün daha vacibdir.

"İrandakı səfirin bəyanatları isə Zəngəzur dəhlizinin işə salınması prosesini ləngitməq məqsədi daşıyır”, - deputat bildirib.
 
Elman Nəsirov qeyd edib ki, Zəngəzur dəhlizinin çəkilməsində Azərbaycanın hüquqi əsasının olmaması fikri yanlışdır.

"10 noyabr bəyanatının 9-cu bəndi məhz Ermənistan və Azərbaycanın nəqliyyat və kommunikasiya məsələri ilə bağlıdır. Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri Naxçıvanla kommunikasiyaların bərpası məsələsini öz imzaları ilə təsdiq ediblər. Naxçıvan Azərbaycan ərazisidir və ora ilə kommunikasiya da ancaq Ermənistan ərazisindən keçməklə mümkündür ki, bu da 10 noyabr bəyanatında öz əksini tapıb”, - deputat deyib.
 
Politoloq Tural İsmayılov hesab edir ki, hazırda İran Ermənistandan forpos kimi istifadə etməyə çalışır. Eyni zamanda Azərbaycan və Türkiyə əleyhinə İran faktorunu qızışdırıcı faktor kimi istifadə edir.

"Bu cəhdlər Azərbaycan tərəfindən əsla qəbul edilən deyil. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyənin ortada mövqeyi var. İranın qərarı burada heç bir perspektiv vəd etmir. Ümumiyyətlə, İranın Zəngəzur dəhlizi məsələsinə qarışmağa hüquqi əsası yoxdur və sadəcə prosesi sabotaj etməyə çalışır”, - politoloq bildirib.

 Tural İsmayılov deyir ki, Zəngəzur dəhlizi böyük bir layihədir və bu İranın maraqlarını qətiyyən təhdid etmir.
 
"Üçüncü dövlət deyərkən də İran açıq şəkildə Azərbaycan və Türkiyəni şantaj etməyə çalışır”, - politoloq bildirib.
 

Dekabrın 14-də prezident İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Zəngəzur dəhlizinin 2024-cü ildə tamamlanacağını deyib.


Oktyabrın 20-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycana səfərində Zəngəzur dəhlizi ilə bağlı bəzi çevrələrin qorxu və narahatlığına ehtiyac olmadığını bildirib.
 

Lida Abbaslı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət 14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Siyasət 14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol