Azərbaycanda qaz hasilatı 11 ayda 7 faiz artıb

2022-ci ilin yanvar-noyabrında Azərbaycanda 42,5 milyard kubmetr təbii qaz hasil edilib. Bu barədə Energetika Nazirliyinin aylıq hesabatında bildirilib.
11 ayda Avropaya 10,3 milyard kubmetr, Türkiyəyə 7,6 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Bu dövrdə Türkiyəyə TANAP vasitəsilə 5,2 milyard kubmetrə yaxın qaz nəql olunub.
www.anews.az
"Qazın 12,2 milyard kubmetri "Azəri-Çıraq-Günəşli”dən, 23 milyard kubmetri "Şahdəniz”dən, 7,3 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2021-ci ilin müvafiq dövrünə nisbətən 7 faiz, yəni 2,8 milyard kubmetr artımla qaz hasil edilib”, - nazirliyin məlumatında deyilir.
Hesabat dövründə xaricə qaz satışı 20,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.
2022-ci ilin 11 ayı ərzində isə ölkədə neftin emalı 5,7 milyon ton təşkil edib.
Lida Abbaslı
www.anews.az
Son xəbərlər
Daha çox 