Azərbaycanda respondetlərin yarıdan çoxu sülh müqaviləsini dəstəkləyir- STM
Azərbaycanda respondetlərin əhəmiyyətli hissəsi- 73,1 faizi Ermanistanla sülh müqaviləsini dəstəkləyir. Sorğuda iştirak edənlərin 25,6 faizi sülh müqaviləsinin olmasını dəstəkləməyib. Respondentlərin 1,3 faizi bu suala fikir bildirməkdə çətinlik çəkib. Bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Sentyabrda keçirilən sorğunun nəticələri ilə müqayisədə (71,2 faiz) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub.
Sülh müqaviləsinə ictimai dəstək ilə yanaşı, onun mümkünlüyü ehtimallarını qiymətləndirmək məqsədilə respondentlərin yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına və diplomatik əlaqələrin qurulacağına inam səviyyəsi də öyrənilib.
"Vətəndaşların 26,7 faizi tam inandığını, 29,0 faizi əsasən inandığını bildirib. Respondentlərin 29,5 faizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına heç inanmadığını, 11,0 faizi əsasən inanmadığını ifadə edib. Onların 3,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib”, - məlumatda deyilir.
www.anews.az

Sorğu çərçivəsində respondentlərin Qarabağda ermənilərlə birgəyaşayış məsələsi haqqında təsəvvürləri də öyrənilib.
"Respondetlərin 55,9 faizi "heç bir halda”, 37,7 faizi "bəli, yalnız şərtlər daxilində” cavablarını qeyd edib. "Bəli, hər halda” cavab variantı respondentlərin 4,4 faizi tərəfindən seçilib. Bu suala cavab verməkdə çətinlik çəkənlər 2,0 faiz təşkil edib”, - mərkəzin məlumatında deyilir.
2022-ci ildə Azərbaycan və Ermənistan tərəfləri sülh müqaviləsinin imzalanması və şərtləri ilə bağlı müxtəlif zamanlarda bir araya gəlib.
2022-ci il aprelin 6-da Azərbaycan və Ermənistan liderləri Brüsseldə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.
Avqustun 30-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə təşkil olunan daha baş tutub. Üçtərəfli danışıqlarda sülh sazişi, humanitar, sərhəd və kommunikasiyaya dair məsələlər nəzərdən keçirilib.
Daha sonra, Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda imzalayıblar. Həmin bəyanata görə, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.
Praqada televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev Ermənistan tərəfi deyilən şərtlərə uyğunlaşacağı halda sülh müqaviləsinin bu ilin sonunadək imzalana biləcəyini vurğulayıb.
2022-ci ilin ktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşdə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə aparılaraq razılığa gəlinib.
Lida Abbaslı

Oxşar xəbərlər
Oxşar xəbərlər