6.9 faiz insanın sülhməramlılara münasibəti müsbətdir - SORĞU
Azərbaycanda 6.9 faiz insanın Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarına münasibəti müsbətdir. Bu Sosial Tədqiqatlar Mərkəzinin açıqladığı sorğuda qeyd olunub.
Belə ki, sorğuda iştirak edən 81.8 faiz insan sülhməramlılara mənfi rəy bildirib. 11.3 faiz insan isə suala cavab verməkdə çətinlik çəkib.
Sorğuda respondentlərin "Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti ilə bağlı nə düşünürsünüz?” sualına mövqeyi də soruşulub.
49,0 faiz insan sülhməramlıların beş il müddət tamam olanda Qarabağdan gedəcəyini düşünür. 37,2 faizi onların Qarabağda qalmaq müddəti ilə bağlı qeyri-müəyyən qənaətdədirlər. Respondentlərin 13,8 faizi bu suala rəyini bildirməkdə çətinlik çəkib.
2000-ə yaxın Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat açıqlandıqdan dərhal sonra Qarabağda və eni 5 km olan Laçın dəhlizində yerləşdirilib.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə görə, Rusiya sülhməramlı kontingentin qalma müddəti "5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır."
2020-ci ilin sentyabr ayında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad edib. Müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsində erməni əhali yaşayır.
Sülhməramlıların fəaliyyətinin başa çatmasına 3 il vaxt qalıb.
2022-ci il oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşündə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandatının uzadılması məsələsi müzakirə olunub.
Ermənistanın baş naziri Nikol Paşinyan sülhməramlıların Qarabağda yerləşməsinin vaxtının uzadılmasını təklif edib, lakin təklifin rədd edildiyini bildirib.
"Biz mandatın qeyri-müəyyən müddətə - 5, 20 il müddətinə uzadılmasını təklif etdik. Qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktuallaşıb və gündəliyə salınacaq. 9 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, 5 illik müddətə altı ay qalmış tərəflərdən heç biri etiraz etmədikdə, sülhməramlıların mandatı avtomatik olaraq yenilənir. İrəvan üçün sülhməramlıların mandatının avtomatik uzadılmasına tərəflərdən heç birinin etirazı olmadığı və etməyəcəyi faktını möhkəmləndirməsi vacibdir", - Paşinyan deyib.
Görüşdən sonra mətbuata açıqlama verən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, sülhməramlıların mandatının uzadılması ilə bağlı qərar sülh müqaviləsinin bağlanmasından, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər