Azərbaycanda ilk dəfə illik vergi daxilolmaları 15 milyardı keçib - NAZİR

Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmalarının illik məbləği ilk dəfə 15 milyardı manatı keçib. Bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov Twitter heabında paylaşıb.
"Qeyri-neft-qaz sektorundan daxilolmalar 7,9 milyard manata çatıb. Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk", - nazir qeyd edib.
Gələn ilin xərcləri 53 milyon 278 min artılaraq 33 milyard 353 milyon 278 min, gəlirləri isə 30 milyard 773 milyon 978 min manat təsdiqlənib.
Büdcə kəsirinin yuxarı həddi isə 2 milyard 579 milyon 300 min manat nəzərdə tutulur.
Büdcə kəsirinin yuxarı həddi isə 2 milyard 579 milyon 300 min manat nəzərdə tutulur.
2021-ci ildə dövlət büdcəsinin gəlirləri 25 427 000,0 min manat, xərcləri 28 543 000,0 min manat olub.
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər
Daha çox 