• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

ABB 9, 10, 11-сi sinif şagirdləri üçün Riyaziyyat Yarışmasına qeydiyyatı elan etdi!

ABB 9, 10, 11-сi sinif şagirdləri üçün Riyaziyyat Yarışmasına  qeydiyyatı elan etdi!
16.12.2022 17:56
İstedadlara dəstəyi ilə ölkəmizin gələcəyinə töhfə verən ABB gənclər üçün möhtəşəm yarışma elan edib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə keçirilən ABB Riyaziyyat Yarışmasının məqsədi riyaziyyat sahəsində xüsusi istedadı olan gəncləri üzə çıxarmaq, onların informasiya texnologiyalarına marağını artırmaq və bu sahədə inkişaflarına kömək göstərməkdir. 

ABB Riyaziyyat Yarışmasında Azərbaycanda təhsil alan bütün 9, 10, 11-ci sinif şagirdləri iştirak edə bilər. Yarış 3 mərhələdən ibarət olacaq. Qeydiyyatdan keçmiş şagirdlər birinci mərhələdə onlayn imtahan verib 10 riyazi sualı cavablandıracaqlar. İkinci mərhələnin imtahanı onlayn formatda, xüsusi müşahidə platformasının tətbiqi ilə təşkil ediləcək. İkinci mərhələdə ən yüksək bal toplamış iştirakçılar müsahibə mərhələsində iştirak edəcəklər. Bu mərhələni uğurla başa vurmuş 30 nəfər Bakıda 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak imkanı qazanacaq. Regionlardan gəlmiş iştirakçıların bütün xərcləri qarşılanacaq. Təlimlərin sonunda final yarışı təşkil ediləcək. Nəticədən asılı olaraq 1-ci, 2-ci və 3-cü yerin qalibləri seçiləcək. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat veriləcək. Yarışmanın təşkilinə beynəlxalq olimpiadalarda təcrübəsi olan yerli və xarici mütəxəssislər cəlb olunacaq. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "ABB istedadlara dəstəyini bütün sahələrdə davam etdirir. ABB Riyaziyyat Yarışması orta məktəblərin yuxarı siniflərində təhsil alan gənclərimiz üçün böyük bir fürsətdir. Bu yarışmaya qatılacaq istedadlar arasından gələcək inkişafın peşəkar mütəxəssislərini seçmək istərdik. Əminik ki, yüksək riyazi biliklərə malik gənclərimiz bu yarışmaya böyük maraq göstərəcəklər və ABB Riyaziyyat Yarışmasında iştirak onların ən böyük uğurlarının başlanğıcı olacaq”.  

Yarışmada iştirak üçün yanvarın 10-dək bu linkdə qeydiyyatdan keçmək olar: https://abbtech.az/

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
İqtisadiyyat 16:47
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 16:21
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ”
Supermarketlərdə et, avtomobil qazan!
İqtisadiyyat 14:58
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol