• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Azərbaycanda illik inflyasiya pik həddinə çatıb, noyabrda yavaşıyıb

Azərbaycanda illik  inflyasiya pik həddinə çatıb, noyabrda yavaşıyıb
16.12.2022 12:13
Azərbaycan Mərkəzi Bankı illik inflyasiya templərinin aşağı düşəcəyini gözləyir. Bu barədə Mərkəzi bankın cümə günü yayımladığı press relizdə bildirilir.

"İllik  inflyasiya oktyabrda pik həddinə çataraq  15,6% , noyabrda 15,1%  təşkil edib.  Bizim hesablamalarımız göstərir ki, yaxın aylarda inflyasiya aşağı düşəcək”, - Mərkəzi Bank faiz diapazonunun parametrləri ilə bağlı açıqlamasında bildirilib.

Mərkəzi Bank qeyd edir ki, "2023-cü il üçün inflyasiya proqnozunun bir rəqəmli olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı  qeyri-müəyyənlik qalmaqdadır@.

Bank qeyd edir ki, noyabrda inflyasiya 1%, baza inflyasiyası 14,7%, 12 aylıq inflyasiya isə 15,1% təşkil edib.

"Əvvəlki kimi, inflyasiyanın səviyyəsinə xarici amil əhəmiyyətli dərəcədə təsir edir. Həmçinin son 6 ayda dünya üzrə ərzaq məhsullarının qiymətləri 14% ucuzlaşıb və tərəfdaş ölkələrdə son vaxtlar orta çəkili inflyasiyada müəyyən ləngimə müşahidə olunub. Amma bu proseslərin təsiri 6-9 aydan sonra inflyasiyanın səviyyəsinə təsir edəcək”, - Mərkəzi Bank vurğulayıb.

Eyni zamanda, bank Azərbaycanda inflyasiya gözləntiləri ilə bağlı fərqli sektoral vəziyyətin olduğunu  qeyd edir. 

"Monitorinqlər göstərib ki, noyabrda oktyabr ayı ilə müqayisədə ticarət və xidmət sektorlarında inflyasiya gözləntiləri artıb, qeyri-neft sektorunda praktiki olaraq durum dəyişməyib, tikintidə isə azalıb”, - Mərkəzi Bank vurğulayıb.

Azərbaycanın İqtisadiyyat Nazirliyi Azərbaycanda orta illik inflyasiyanın 2022-ci ildə 12,5%, 2023-cü ildə 6,9% səviyyəsində olacağını proqnozlaşdırır.

2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol