Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 25 baza bəndi artıraraq 8%-dən 8,25%-ə qədər artırıb. Bu barədə Mərkəzi Bank məlimat verib.
Mərkəzi Bankın məlumatına görə, faiz dəhlizinin aşağı həddi 5%-dən 6,25%-ə qaldırılıb, yuxarı həddi 9,25% səviyyəsində saxlanılıb.
Bu qərar dekabrın 16-dan qüvvəyə minir.
Sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 2022-ci il oktyabrın 28-də 25 baza bəndi artıraraq 7,75%-dən 8%-ə qədər qaldırmışdı.
Uçot dərəcəsinin artırılmasına səbəb ölkədə inflyasiya gözləntilərinin hələ də çox olmasıdır.
Azərbaycanın İqtisadiyyat Nazirliyi Azərbaycanda orta illik inflyasiyanın 2022-ci ildə 12,5%, 2023-cü ildə 6,9% səviyyəsində olacağını proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 