• $
  • £

Litvanın Qarabağla bağlı bəyanatı təəccüb və təəssüf doğurur

Litvanın Qarabağla bağlı bəyanatı təəccüb və təəssüf doğurur
18.12.2022 09:39
Azərbaycanın uzun illər geniş tərəfdaşlıq münasibətlərinə malik olduğu və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə xüsusi önəm verən və daim bu prinsiplərdən çıxış edən Pribaltika ölkəsi olan Litvanın belə bir bəyanatla çıxış etməsi təəccüb və təəssüf doğurur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

"Bu bəyanat eyni zamanda, Litva Prezidenti Gitanas Nausedanın cari ilin may ayında Azərbaycana səfəri zamanı aparılmış müxtəlif istiqamətli müzakirələr kontekstində anlaşılmazlıq yaradır.

Litva tərəfinə xatırladırıq ki, Azərbaycan ərazisində "Dağlıq Qarabağ” deyilən ərazi vahidi mövcud deyil. Litva artıq "Pribaltika” ölkəsi adlandırılmadığı kimi, Azərbaycanın Qarabağ İqtisadi rayonunun Sovet İttifaqı zamanı formalaşdırılmış keçmiş adlarla adlandırılması qəbuledilməzdir.

Litva Xarici İşlər Nazirliyinin qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına, Laçın yolundan həm hərbi təxribatlar, minaların Azərbaycan ərazisinə ötürülməsi, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına etiraz bildirilməsi əvəzinə məsələyə qərəzli və birtərəfli yanaşma tətbiq etməsi narahatlıq doğurur.

Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının dinc və haqlı etirazına hörmətlə yanaşılmalıdır.

Bölgədə humanitar vəziyyət barədə iddialara gəldikdə bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazırdır və bu məsələdə üçüncü tərəfin müdaxiləsinə ehtiyac yoxdur”. - XİN rəsmisi qeyd edib.







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol