• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Gələn il pambığın məhsul subsidiyası bu qədər artacaq

Gələn il pambığın məhsul subsidiyası bu qədər artacaq
19.12.2022 11:58
2023-cü il mövsümü üçün fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 180 manat məhsul subsidiyası alacaqlar. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynallı öz facebook hesabında paylaşıb.
 
Pambığa görə məhsul subsidiyasının ödənişinə dekabrın 10-dan start verilib.

Bu ildən pambığa görə əkin subsidiyası ləğv olunaraq tam şəkildə məhsul subsidiyası ilə əvəzlənib.

2022-ci il pambıq mövsümündə fermerlər təhvil verdikləri pambığın hər tonuna görə 170 manat məhsul subsidiyası alıblar.

Subsidiyaların ödənişi dekabrın sonuna kimi tam başa çatacaq.
 
2022- ci ilin 10 ayında  fermerlər tərəfindən kondisiya çəkidə 285743 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 27.4 sent/ha təşkil edir. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Tərtər, Yevlax və Zərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.

Pambıq yığımı prosesinə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub. Pambıqyığan kombaynların sayı sahələrdən məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.

2021 ci ildə 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığn alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.

Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
İqtisadiyyat 16:47
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 16:21
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ”
Supermarketlərdə et, avtomobil qazan!
İqtisadiyyat 14:58
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol