• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi

Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi
19.12.2022 15:38
Lider operator növbəti dəfə beynəlxalq ISO/IEC 27001 sertifikatı ilə təltif olundu  

Abunəçilərinin həyat keyfiyyətini yaxşılaşdırmaq, təhlükəsizliyi artırmaq və ölkənin beynəlxalq telekommunikasiya bazarına inteqrasiyasına dəstək olmaq üçün yeni biznes strategiyasını həyata keçirməklə yanaşı daxili proseslərini də təkmilləşdirən "Azercell Telekom” MMC növbəti uğura imza atıb. Norveçin "DNV” şirkəti tərəfindən aparılmış auditin nəticəsi olaraq ölkənin lider mobil operatorunun İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi növbəti dəfə Beynəlxalq ISO/IEC 27001 sertifikatına layiq görülüb.  

ISO/IEC 27001 sertifikatı "Azercell Telekom”da məlumatların məxfiliyi, bütövlüyü və əlçatanlığını beynəlxalq standartların tələblərinə uyğun olaraq yüksək səviyyədə qorunmasını bir daha sübut edir. "Azercell Telekom” ölkədə bu sertifikata layiq görülən ilk və yeganə mobil operatordur. Şirkətin ISO/IEC 27001 sertifikatına uyğunluğu ilk dəfə 2019-cu ildə təsdiq edilib.

Qeyd edək ki, ISO/IEC 27001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən hazırlanıb. Standarta uyğunluq sertifikatı yalnız ISO/IEC 27001 standartınin tələblərini tam qarşılayan, informasiya təhlükəsizliyi risklərini optimal idarə edən, davamlı olaraq təkmilləşdirən, audit yoxlamaları həyata keçirən və qanunvericilik üzrə qoyulan tələblərə uyğun məlumat təhlükəsizliyini təmin edən şirkətlərə təqdim olunur. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
İqtisadiyyat 16:47
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 16:21
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ”
Supermarketlərdə et, avtomobil qazan!
İqtisadiyyat 14:58
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol