Ukraynada müharibənin 300-cü günü - Əsas hadisələr
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsindən 300 gün keçir.
Müharibənin bu günündə Ukrayna prezidenti Vladimir Zelenski hazırda ən şiddətli döyüşlərin getdiyi Baxmutda olub. Orada o, Ukrayna hərbçilərinə mükafatlar təqdim edib və jurnalistlərlə söhbət edib.
Bu arada prezident Vladimir Putin Kremldə Rusiyanın ilhaq etməyə çalışdığı Ukrayna regionlarının Kreml tərəfindən təyin edilmiş "liderlərini” mükafatlandırıb. O, həmçinin "Russia Today"-in rəhbəri Marqarita Simonyana və "vətənpərvər hərbi müxbirlərdən" biri Semyon Peqovu mükafatlandırıb.
Belqorod vilayətinin qubernatoru Ukrayna tərəfdən atəş açıldığını, nəticədə bir nəfərin yaralandığını, şəhərin elektrik təchizatının kəsildiyini bildirib.
Xerson vilayətinin səlahiyyətliləri bildiriblər ki, son 24 saat ərzində Rusiya ordusunun bölgəni çoxsaylı atəşə tutması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Ukraynanın Rəqəmsal Transformasiya Naziri Mixail Fedorov Bloomberg-ə bildirib ki, İlon Mask Ukraynaya Starlink peyk interneti üçün daha 10.000 terminal təqdim etməyə razılaşıb.
www.anews.az

Fevralın 24-də Rusiya prezidenti Ukraynada hərbi əməliyyatlar keçirməsi barəsində fərman imzalayıb.Nəticədə Avropanın 27 ölkəsi və Amerika Rusiyaya qarşı bir çox sərt sanksiyalar tətbiq edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər