Vasif Talıbov istefa verib- YENİLƏNİB
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun istefa verib. Bu barədə APA-ya bu gün keçirilən Ali Məclisin iclasından bildirilib.
Məlumata görə, onun vəzifəsi müavininə havalə edilib.
Vasif Talıbovun istefa xəbərini ilk jurnalist Məhəmmədəli Qəribli öz facebook hesabında paylaşıb.
Məhəmməd Qəribli qeyd edib ki, böyük ehtimalla korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilən bəzi vəzifəli şəxslərin deputat toxunulmazlığı götürülə bilər.
"Ali Məclis deputatları sırasında belə adamlar var. Vasif Talıbovun istefa verə biləcəyinə dair də ehtimallar səslənir”- jurnalist bildirib.
Vasif Talıbov 1960-cı il yanvarın- 14- də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub. O, 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji Institutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb.
Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici- iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində işləyib.
1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilib.
Azərbaycan Respublikası I-IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
16 dekabr 1995-ci ildən bu günədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
Hazırda Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir. Diqqət çəkən məqam budur ki, sesiyada icra qurumlarının heç bir nümayəndəsi iştirak etmir. Adətən belə iclaslarda: nazirlər, komitə rəhbərlərinin iştirakı təmin edilirdi. Mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
Muxtar respublikada iki yerli qurumun ləğvi Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvanda əməliyyat aparması və bir neçə yüksək vəzifəli məmurun milyonlarla manat dəyərində mənimsəmədə ittiham edilməsi və həbs olunması ilə bağlı ölkə mediasında xəbərlərin yayılması ilə eyni vaxtda baş verib.
Ölkə mətbuatı Bakının Səbail rayon məhkəməsində Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyevin və Naxçıvan Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərovun 4 ay müddətinə həbs edildiyini yazıb. Hər ikisi külli miqdarda mənimsəmədə təqsirli bilinir.
Naxçıvan Muxtar Respublikasında ardıcıl iki dövlət qurumu ləğv edilib və əvəzində birbaşa Bakıya tabe olan yerli idarələr yaradılıb. Bunlardan biri, Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti, daha əvvəl isə Naxçıvanın Dövlət Gömrük Komitəsinin ləğviylə bağlı sərəncam verilib.
Ölkə mətbuatı Bakının Səbail rayon məhkəməsində Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyevin və Naxçıvan Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərovun 4 ay müddətinə həbs edildiyini yazıb. Hər ikisi külli miqdarda mənimsəmədə təqsirli bilinir.
Naxçıvan Muxtar Respublikasında ardıcıl iki dövlət qurumu ləğv edilib və əvəzində birbaşa Bakıya tabe olan yerli idarələr yaradılıb. Bunlardan biri, Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti, daha əvvəl isə Naxçıvanın Dövlət Gömrük Komitəsinin ləğviylə bağlı sərəncam verilib.
Vasif Talıbovun oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru vəzifəsindən azad edilib.
Eyni zamanda Seymur Talıbov "Naxçıvan" Universitetinin təsisçisidir.
Talıbov 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Aytac Zeynalova
www.anews.az