Azərbaycan neftinin qiyməti 86 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,32 ABŞ dolları, yaxud 2,75 % artaraq 86,4 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda "Brent” markalı neftin fevral fyuçersləri 82,2 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
www.anews.az
Son xəbərlər
Daha çox 