• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması üçün yeni işlərə başlanılıb

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması üçün yeni işlərə başlanılıb
23.12.2022 11:54
İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün yeni işlərə başlanılıb.  Bunu  "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müşaviri Əsəd Şirinov deyib.
 
"İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər ərazisində yerləşən su tutumu 5,86 mln kubmetr olan Suqovuşan, Ağdam ərazisində yerləşən su tutumu 23 mln kubmetr olan Xaçınçay, Füzuli rayonu ərazisində yerləşən su tutumu 15,5 mln kubmetr olan 3 ədəd Köndələnçay su anbarlarının və magistral kanalların təmir-bərpası və uzunluğu 20,2 km olan Tərtərçay Sol Sahil kanalının yenidənqurulması kimi bir sıra tikinti işlərinə başlanılıb”, - Əsəd Şirinov bildirib.
 
O bildirib ki, Ağdam, Füzuli və Cəbrayıl  rayonlarının meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmaların və layihə sənədlərinin hazırlanması işlərinə də başlanılıb.
 
"Bununla yanaşı uzunluğu 56 km olan Qız qalası su anbarının magistral kanalının tikintisi, Laçın rayonu ərazisində yerləşən su tutumu 90,8 mln kb m olan Həkəriçay və Qubadlı ərazisində yerləşən su tutumu 67 mln kubmetr olan Bərgüşadçay su anbarlarının layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam etməkdədir”, - Şirinov bildirib.

O qeyd edib ki,  Həkəri çayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində yerləşən su tutumu 26,7 mln kubmetr olan  Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisi üzrə lahiyənləndirmə işlərinin icrasına da  başlanılıb. 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
İqtisadiyyat 16:47
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 16:21
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ”
Supermarketlərdə et, avtomobil qazan!
İqtisadiyyat 14:58
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol