• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Azərbaycanda bankların aktivləri 18% artıb

Azərbaycanda bankların aktivləri 18% artıb
23.12.2022 13:43
2022-ci il dekabrın 1-ə  Azərbaycanın bank sisteminin cəmi aktivləri 2021-ci ilin uyğun dövründəki 38,5 milyard manatdan ,5 milyard manata kimi artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 

Bununla yanaşı, bu ilin noyabrında bankların aktivləri 1,9% və ya 829,5 milyon manat artıb.

Noyabrın sonuna bankların kredit portfeli 19 milyard 674,2 milyon manat (2021-ci ilin sonu ilə müqayisədə 18,1% çox) təşkil edib.

Azərbaycanda bankların ümumi kapitallaşması 5 milyard 519,9 milyon manat olub (11,1% çox).

Bankların öhdəlikləri 39 milyard 970,3 milyon manat (artım 19,3%) təşkil edib. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 222,4 milyon manat (azalma 30,3%) səviyyəsində olub. . Banklardakı depozit portfeli 32 milyard 860,9 milyon manat (artım 22%), o cümlədən əhalinin əmanətləri 11 milyard 339,9 milyon manat (artım 25,5 faiz) təşkil edir.

Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabrında bankların ümumi xalis mənfəəti 859,4 milyon manat (2021-ci ilin yanvar-noyabrı ilə müqayisədə 40% artım) təşkil edib.

Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 470,3 milyon manat (artım 28,8 faiz), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 993,3 milyon manat (artım 28,7 faiz) olub.

Bankların qeyri-faiz gəlirləri 1 milyard 77,8 milyon manat (artım 38,9%) olub.

Bankların faiz xərcləri 592,8 milyon manat (artım 20,8%), o cümlədən depozitlər 412,6 milyon manat (artım 25,3%) təşkil edib.

Bankların qeyri-faiz xərcləri 1 milyard 672,4 milyon manat (artım 30%) təşkil edir.

2022-ci ilin yanvar-noyabrında Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 1 milyard 239,3 milyon manat (artım 40,2%) olub.

Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 1 milyard 56 milyon manat (artım 43,5 faiz), mənfəət vergisi ödənişləri 196,6 milyon manat (artım 61,7 faiz) səviyyəsində qiymətləndirilir.

30 noyabr 2022-ci il tarixinə Azərbaycanda 25 bank, o cümlədən 11 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.

Ümumilikdə bankların 484 filialı (2021-ci ilin sonu ilə müqayisədə 1% artım) və 94 şöbəsiı (2021-ci ilin sonuna 97) var.

Azərbaycanın bank sektorunda 22 551 nəfər çalışır ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 10,9% çoxdur. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
İqtisadiyyat 16:47
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 16:21
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ”
Supermarketlərdə et, avtomobil qazan!
İqtisadiyyat 14:58
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol