Putin İlham Əliyevi təbrik edib

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
"Hörmətli İlham Heydəroviç. Sizin rəhbərliyiniz altında dost Azərbaycan sosial-iqtisadi inkişaf yolu ilə inamla irəliləyir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir", - Rusiya prezidentinin saytında dərc olunan təbrikin mətnində bildirib.
Rusiya Prezidenti, həmçinin Azərbaycan ilə Rusiya arasında müttəfiqlik əməkdaşlığının qurulmasına və möhkəmlənməsinə Azərbaycan rəhbərinin şəxsi töhfəsini qeyd edib.
"Etibarlı, yoldaşlıq münasibətlərimizi səmimiyyətlə qiymətləndirirəm. Əminəm ki, biz ikitərəfli və regional gündəlikdəki aktual məsələlər üzrə sıx birgə işi bundan sonra da davam etdirəcəyik. Sizə səmimi qəlbdən cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Fürsətdən istifadə edərək, sizdən xahiş edirəm ki, mənim fikrimi çatdırasınız. ailənizə ən səmimi salamlarımı çatdırıram”, - Putin vurğulayıb.
Əliyev dekabrın 24-də 61 yaşını qeyd edəcək.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər