• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Prezident İlham Əliyevin DOĞUM GÜNÜDÜR

Prezident İlham Əliyevin DOĞUM GÜNÜDÜR
24.12.2022 09:00
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
 
Dövlət başçısının 61 yaşı tamam olur.
 
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
 
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Siyasət 14:26
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

İsrailin yeni səfiri Azərbaycana gəlib
Siyasət 09:35
İsrailin yeni səfiri Azərbaycana gəlib
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Siyasət 21:59
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Siyasət 11:04
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Araz Əzimov İran səfiri ilə görüşüb
Siyasət 11:01
Araz Əzimov İran səfiri ilə görüşüb
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Siyasət 10:40
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol