• $
  • £

Avarçəkmə Bakıya qaytarıldı

Avarçəkmə Bakıya qaytarıldı
24.12.2022 21:30
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) növbəti layihəni gerçəkləşdirib. Ölkəmizdə avarçəkmə ilə peşəkar olaraq 1930-cu illərin sonundan Xəzər dənizində məşğul olunmağa başlanılıb.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti zamanında bu idman növü özünün çiçəklənmə dövrünü yaşayıb. Həmin dövrdə ölkəmizdə 11 peşəkar avarçəkmə klubu fəaliyyət göstərib.  

AKAF bu ənənəni yenidən bərpa edib. Federasiya Bakıda - Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb.

Bununla əlaqədar Bakı bulvarı ərazisində avarçəkənlərin nümunəvi çıxışları və tədbir təşkil olunub. Tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və digər rəsmi şəxslər iştirak edib. Açılış mərasimində çıxış edən Fərid Qayıbov dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın idmana, idmançılara göstərdiyi diqqət və qayğıdan danışıb.

Fərid Qayıbov həmçinin Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2022-ci ildəki fəaliyyətindən söhbət açıb. Xüsusən işğaldan azad edilən Suqovuşanda keçirilən "Prezident Kuboku” və "Mingəçevir Reqatası” turnirlərini yüksək qiymətləndirən nazir federasiyaya gələcək fəaliyyətində uğur arzu edib. 

Daha sonra dəniz avarçəkməsi üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Diana Dımçenko, müxtəlif beynəlxalq turnirlərin qalibi Ziya Məmmədzadə, eyni zamanda yığma komandanın digər üzvlərinin dəniz avarçəkməsi, akademik avarçəkmə, kayak və kanoe, həmçinin turistlər üçün nəzərdə tutulan qayıqlarda nümunəvi çıxışları baş tutub. İdmançıların çıxışları paytaxt sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanıb. 

Avarçəkməni Bakıda, Xəzər dənizində bərpa etməyin əsas səbəblərindən biri də bu idman növünü paytaxtda yaşayan yeniyetmə və gənclər üçün əlçatan etmək, kütləviliyin təmininə nail olmaq, inkişaf etdirməkdir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol