• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Azərpoçt MMC 2022-ci ili 3,5-4 milyon manat mənfəətlə bitirəcək

Azərpoçt MMC 2022-ci ili 3,5-4 milyon manat mənfəətlə bitirəcək
26.12.2022 20:00
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC 2022-ci ili 3,5-4 milyon manat mənfəətlə bitirəcək.

Bunu "Report"a müsahibəsində şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.

"Əgər son 3 ili təhlil etsək, görərik ki, "Azərpoçt” 2020-ci ili xeyli zərərlə başa vurub. 2021-ci ildən başlatdığımız islahatlar nəticəsində, zamanımızın az olmasına baxmayaraq, zərərin həcmini xeyli aşağı sala bildik. Həmin vaxtdan başlanan və bu il də davam etdirilən tədbirlər nəticəsində biz 2022-ci ili mənfəətlə bitirəcəyik. Hələ ilin son ayı bitmədiyi üçün konkret rəqəmləri demək mümkün deyil. Amma mən maliyyə uçotumuza əsaslanaraq təxmin edilən göstəriciləri deyə bilərəm. Beynəlxalq maliyyə hesabatlılığı standartlarına görə maliyyə qurumları müəyyən ehtiyatlar da yaratmalıdırlar. Bu gün bu ehtiyatların üzərində hesablamalar aparırıq və bunu xarici auditorla razılaşdırmaq istəyirik. Təxminən, növbəti ilin mart ayında auditin aparılması və may-iyun aylarında onun dərc edilməsi gözlənilir. Amma biz daxildə bir komanda yaratmışıq. Onlar kənar auditor gəlmədən faktiki olaraq bizim hesabatları beynəlxalq standartlara uyğun hazırlayır. Bundan irəli gələrək deyə bilərəm ki, biz bu ili təxminən 3,5-4 milyon manat mənfəətlə bitirəcəyik. Siz əgər "Azərpoçt”un son 5-6 ildəki hesabatlarına baxsanız görərsiniz ki, belə göstərici heç vaxt olmayıb. Burada söhbət yalnız zərərdən çıxamaqdan getmir, eyni zamanda gəlirin də hansı mənbələrdən formalaşmasından gedir", - deyə o qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
İqtisadiyyat 16:47
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 16:21
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ”
Supermarketlərdə et, avtomobil qazan!
İqtisadiyyat 14:58
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol