Kirayə mənzillər ƏDV-dən azad olunur

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatı ƏDV-dən azad edilir.
Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biridir.
Bildirilib ki, Azərbaycan Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. 2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə başlanılıb.
www.anews.az
Son xəbərlər
Daha çox 