• $
  • £

2022-ci ilin ən yaddaqalan siyasi hadisələri- XRONİKA

2022-ci ilin ən yaddaqalan siyasi hadisələri- XRONİKA
30.12.2022 13:46
2022-ci ildə Azərbaycanın siyasi həyatında bir çox yaddaqalan hadisələr baş verib. Azərbaycan və Ermənistan arasında gərginlik və gərginliyin azaldılması və sülh imzalanmasına dair bir çox görüşlər keçirilib. O cümlədən, ölkədə bir sıra vəzifəli şəxs tutduğu vəzifələrindən azad edilib.
  
Ramiz Mehdiyevin istefası
 
Ramiz Mehdiyev 2022-ci ilin fevralın 14-də ona edilən çoxsaylı ittihamlardan sonra Milli Elmlər Akademiyasının Prezidenti vəzifəsindən istefa verib. İstefa verərkən o bunun səslənən ittihamlarla əlaqəli olmadığını bildirib.
 
Bir çox hüquq və siyasət adamları Ramiz Mehdiyevə qarşı səslənən ittihamların prokurorluq tərəfindən araşdırılmasını tələb edib.
 
Mehdiyevlərin ailə biznesini idarə etdiyi iddia edilən "Baku Steel Company”-nin sabiq rəhbəri Rasim Məmmədov dekabrın 28-də vəzifə səlahiyyətlərindən sui-istifadə və külli-miqdarda pulu mənimsəmkdə ittiham olunaraq 14 il azadlıq məhrum edilib.
 
Azərbaycanlı deputatların Ermənistana səfəri
 

2022-ci ilin 19-22 fevral tarixlərində Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak üçün Ermənistanın paytaxtı İrəvana səfər ediblər. 
 
Deputatlar, səfər zamanı İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsi Göy məscidi  ziyarət ediblər.
 
Fərrux əməliyyatı
 
2022-ci ilin martın 24-də Fərrux kəndi yaxınlığında Azərbaycan hərbçiləri ilə Qarabağdakı erməni silahlı qruplaşmaları arasında gərginliklər artmağa başlayıb. Azərbaycan ordusu müxtəlif istiqamətdən, atəş açmadan, insan zənciri yaradaraq Fərruxa daxil olub. Buna cavab olaraq erməni separatçıları Azərbaycan ordusunun mövqelərinə atəş açmağa başlayıb. Erməni tərəfi əməliyyat zamanı erməni silahlılarının mövqelərinə zərbə endirmək üçün Azərbaycan ordusunun Bayraktar TB2 dronlarından da istifadə etdiyini iddia etsə də, buna dair heç bir sübut təqdim etməyib.
 
Azərbaycan Müdafiə Nazirliyi martın 26-da səhər "qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərini geri çəkilməyə məcbur etdiyini", ordu bölmələrinin itki vermədiyini və əməliyyat şəraitinin nəzarət altında olduğunu bildirib. Baş vermiş döyüşlər nəticəsində 3 erməni silahlısı öldürülüb, daha 14 nəfəri isə yaralanıb. Erməni tərəfi həmçinin Azərbaycan əsgərlərinin öldürüldüyünü iddia etsə də, Azərbaycan tərəfi bunu təkzib edərək heç bir itki olmadığını bildirib.
 
Vəzifədən azad olunanlar
 
Aprelin 12-də Milli Məclisin plenar iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov tutduğu vəzifədən azad edilib. Prezidentin sərəncamı ilə Taleh Kazımov Mərkəzi Bankın yeni sədri təyin olunub.


İyulda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev prezidentin sərəncamı ilə işdən azad edilib. Yerinə müvəqqəti icraçı Şahin Bağırov təyin olunub. 

Dekabrın 21-də Anar Kərimov Mədəniyyət naziri vəzifəsindən azad edilib. O Azərbaycan tarixində ən qısa müddətli fəaliyyəti olan nazir kimi yadda qalıb. 
  
Azərbaycan və Ermənistan arasında sülhün təmini üçün keçirilən görüşlər
 
2022-ci ildə Azərbaycan və Ermənistan tərəfləri sülh müqaviləsinin imzalanması və şərtləri ilə bağlı müxtəlif zamanlarda bir araya gəlib.
 
2022-ci il aprelin 6-da Azərbaycan və Ermənistan liderləri Brüsseldə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.
 
Avqustun 30-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə təşkil olunan daha baş tutub. Üçtərəfli danışıqlarda sülh sazişi, humanitar, sərhəd və kommunikasiyaya dair məsələlər nəzərdən keçirilib.
 
Daha sonra, Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda imzalayıblar. Həmin bəyanata görə, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.
 
Praqada televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev  Ermənistan tərəfi deyilən şərtlərə uyğunlaşacağı halda sülh müqaviləsinin bu ilin sonunadək imzalana biləcəyini vurğulayıb.
 
2022-ci ilin oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşdə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə aparılaraq razılığa gəlinib.
 
 
Laçın şəhərinin azad edilməsi
 

26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri  və şəhərin mərkəzi Azərbaycan ordusu tərəfindən nəzarətə götürülüb.
 
Rayon 1992-ci ilin 18 mayında Erməni silahlı birləşmələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsindən sonra imzalanan 10 noyabr bəyanatına əsasə Rusiya sülhməramlı kontongentinin nəzarətində idi.
 
12-14 sentyabr döyüşləri
 

Sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər olub və  hərbi infrastruktura ziyan dəyib.
 
Azərbaycanın 80 hərbi qulluqçusu həlak olub,  2 mülki şəxs yaralanıb. Azərbaycan mənbələrinin məlumatına görə, Ermənistan tərəfindən 300-400 hərbi qulluqçu həlak olub.  
 
"Tərtər hadisələri"ndə ittiham olunanlara bəraət verilməsi
 
Dekabrın 6-da 5eş il əvvəl "Tərtər işi” üzrə dövlətə xəyanət ittihamı ilə həbs olunan 19 nəfər azadlığa çıxıb.
Azad edilənlərdən 10-u tam bəraət alıb, 9 nəfər haqqında cinayət işinə isə hərbi xidmət əleyhinə bəraətverici olmayan əsaslarla xitam verilib.
 
Bundan əvvəl "Tərtər işi" ilə bağlı keçirilən etiraz aksiyalarında zərərçəkmişlərin ailələri qanunsuz həbslər və işgəncələrə görə məsul olan rəsmi şəxslərin adlarını çəkiblər. İttiham olunanlar arasında hərbi prokuror Xanlar Vəliyev, keçmiş baş prokuror Zakir Qaralov, Müdafiə Nazirliyinin keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqov və keçmiş korpus komandanı Hikmət Həsənovun adları çəkilib. 
 
Dekabrın 16-da Milli Məclsin plenar iclasında deputatlar Zahid Oruc və Qənirə Paşayeva "Tərtər işi”nə görə Hərbi Prokurorluğun ləğvini, işgəncə əmri verən və icraçıların adının açıqlanması tələb ediblər. 
 
"Hərbi prokuror 5 il işgəncə qurbanlarının üsyanını "nağıl” adlandırıb, sonda isə bəlli olub ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidir”, - Zahid Oruc deyib. 
 
 
2017-ci ilin mayında Azərbaycanın Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bir qrup hərbi qulluqçular və digər mülki şəxslərin ölkəyə xəyanət etdiklərini və Ermənistana məlumat ötürdükləri barədə bəyanat yayıb.

Onlar bildiriblər ki, Ermənistanın kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb və məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilib və onlar həbs edilib.
 
İddialara görə, 2017-ci ildə onlarla, bəzilərinə görə isə yüzlərlə hərbçi işgəncələrə məruz qalıb və onlardan vətənə xəyanət etmələrini və Ermənistana məlumat ötürmələrini və ya məlumat ötürənlərinin adlarını verməkləri istənilib.

Bu işgəncə hallarının əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən mediada bu hadisələr və iddialara ümumi olaraq "Tərtər işi" adı verilib.

2021-ci ilin dekabr ayında isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti gözlənilmədən "Tərtər işi" barədə birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, kütləvi işgəncə hallarıyla bağlı yeni ibtidai istintaq başlanıb və Baş prokurorun birinci müavini Elçin Məmmədov bu işi "xüsusi nəzarətə" götürüb. 

 
Vasif Talıbovun istefası
 
Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun istefa verib.
 
Talıbovun istefası Muxtar respublikada iki yerli qurumun ləğvi Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvanda əməliyyat aparması və bir neçə yüksək vəzifəli məmurun milyonlarla manat dəyərində mənimsəmədə ittiham edilməsi və həbs olunması ilə bağlı ölkə mediasında xəbərlərin yayılması ilə eyni vaxtda baş verib.

Ölkə mətbuatı Bakının Səbail rayon məhkəməsində Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyevin və Naxçıvan Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərovun 4 ay müddətinə həbs edildiyini yazıb. Hər ikisi külli miqdarda mənimsəmədə təqsirli bilinir.

Naxçıvan Muxtar Respublikasında ardıcıl iki dövlət qurumu ləğv edilib və əvəzində birbaşa Bakıya tabe olan yerli idarələr yaradılıb. Bunlardan biri, Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti, daha əvvəl isə Naxçıvanın Dövlət Gömrük Komitəsinin ləğviylə bağlı sərəncam verilib.
 
Vasif Talıbovun oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru vəzifəsindən azad edilib.
 
Şuşa-Laçın yolunda azərbaycanlı ekofəalların aksiyası
 
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin müddətdə ermənilər azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq iki dəfə aksiya keçirib. Onların aksiya keçirməsində əsas səbəb Laçın dəhlizinin bağlı olmasına görə ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum olmaq olub.  
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan tərəfini yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Bu gün aksiyaların 19-cu günüdür. 
 
Lida Abbaslı
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol