2022-ci ildə AZƏRİQAZ-a daxil olan müraciətlərin sayı azalıb

2022-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə daxil olan müraciətlərin sayı 2021-ci ilin göstəricisi ilə müqayisədə azalıb. Bunu bu gün İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək qurumda ilin yekunlarına dair keçirilən növbəti "Açıq qapı” aksiyası zamanı deyib.
O bildirib ki, cari ildə ümumilikdə 1 milyon 64 min 72 müraciət daxil olub. 2022- ci illə müqayisədə keçən il 91 402 müraciət daha çox olub.
"Müraciətlərin 790 min 832-si Bakının payına düşür. Abşerondan 137 min 574 müraciət daxil olub ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 3 221 müraciət azdır”, - Xalidə Şimşək bildirib.
O qeyd edib ki, bu il keçən illə müqayisədə qaz təzyiqinin azalması ilə bağlı müraciətlər azalaraq 66 min 608 olub.
"Ümumi müraciətlərin 6,39 %-i qaz təzyiqi ilə bağlı olub. Bu il qazın olmaması ilə bağlı müraciətlərin sayı 50 555 olub ki, bu da keçən illə müqayisədə 21 min 145 müraciət azdır və bu, ümumi daxil olan müraciətlərin 4,75 %-ini təşkil edib", - o deyib.
Lida Abbaslı
www.anews.az

Son xəbərlər
Daha çox 