Azərbaycanda polis rəisi istefa verdi

Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, pokovnik Şahmar Paşayev vəzifəsindən azad olunub.ANN.Az aznews.az-a istinadla verdiyi xəbərə görə, o, nazirə raport yazaraq, səhhəti ilə bağlı işdən azad olunmasını istəyib. Bundan sonra Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri imzalayıb.Qeyd edək ki, Şahmar Paşayev DİN-də məşhur simalardan biri idi. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər