• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq
03.01.2023 23:00
Azərbaycan Premyer Liqasının 3 komandası yanvarın 4-də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.

"Qarabağ”, "Neftçi” və "Qəbələ” qış hazırlığını Antalyada keçirəcəklər.

Ayın 23-dək qonşu ölkədə qalacaq "Qarabağ” üç yoxlama görüşü keçirəcək. Yanvarın 15-də "Poqon”u (Polşa) sınaqdan keçirəcək Premyer Liqanın lideri üç gün sonra iki matçda iştirak edəcək. Rəqiblər "Çukariçki” (Serbiya) və "Rakuv” (Polşa) olacaq.

Ötən mövsümün gümüş mükafatçısı "Neftçi” yanvarın 20-dək məskunlaşacağı Belek bölgəsində 4 qarşılaşma keçirməyi planlaşdırır. İlk oyun yanvarın 10-da "Vaşaş”a (Macarıstan) qarşı baş tutacaq. Beş gün sonra müvafiq olaraq "Medz Leqnisa” (Polşa) və "Baçka Topola” (Serbiya) ilə üz-üzə gələcək "ağ-qaralar” toplanışı ayın 19-da Serbiya təmsilçisi "Srvena Zvezda”ya qarşı matçla yekunlaşdıracaqlar.

Yanvarın 17-dək Türkiyə hazırlaşacaq "Qəbələ” isə iki oyunda qüvvəsini sınayacaq. "Qırmızı-qaralar” əvvəlcə ayın 12-də "Sepsi” (Rumıniya), bundan dörd gün sonra isə "Teplitse” (Çexiya) ilə üz-üzə gələcəklər.

Premyer Liqanın iki klubu "Zirə” və "Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə gediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
İdman 00:15
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
İdman 23:57
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol