Xankəndidən Laçın istiqamətinə sülhməramlıların avtomobilinin maneəsiz keçidinə şərait yaradılıb
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Həmin avtomobil Xankəndidən Laçın istiqamətinə keçib.
Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 4-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 1-i isə Rusiya sülhməramlılarına məxsusdur.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 24 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər