• $
  • £

Ermənistanın deputatından ETİRAF

Ermənistanın deputatından ETİRAF
04.01.2023 14:47
Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük irəliləyişlər əldə edib.

Bunu Ermənistan parlamentinin "Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Facebook-da bildirib.

44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan Qarabağ separatçıları və Ermənistana yönəlik 5 dəfə hərbi əməliyyat keçirib.

"Təhlillər göstərir ki, Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük uğurlar əldə edib”, - erməni deputat qeyd edib.

Azərbaycanın Ermənistanla sərhəddəki Göyçə-Zəngəzur cəbhəsilə (Qaragöl, Qızılcıq, Cermuk) müqayisədə Qarabağın Fərrux dağı istiqamətində daha çox irəliləmək imkanları var idi.
 
"Lakin Azərbaycan kəskin hava şəraitinə baxmayaraq Ermənistanla sərhəddəki çətin dağlıq ərazilərdə hücum həyata keçirdi və üstünlük qazandı. Üstəlik, qeyd olunan ərazilərdə Ermənistanın güclənmək, müdafiə sistemi yaratmaq və ən əsası təchizat imkanları Azərbaycandan dəfələrlə çox idi.
Burada böyük ölçüdə problem təkcə Azərbaycan PUA-larının bu qədər danışılan üstünlüyündə deyil, hətta Azərbaycan bölmələrinin dağlıq şəraitdə fəaliyyət göstərə bilməsində deyil, problem erməni silahlı qüvvələrinin mütəşəkkil şəkildə nizamsız olmasındadır”, - deyən deputat Ermənistan ordusunun zəif olduğunu etiraf edib.

Tiqran Abramyan bildirib ki, Azərbaycan 2 il ərzində Laçın-Kəlbəcər istiqamətindəki əsas, qəzalı yolların tikintisinə, yenidən qurulmasına, hərbi hissələrin, hərbi infrastrukturun yaradılmasına ciddi vəsaitlər yatırıb.

"Bu, onların uğurlarına nə qədər töhfə versə də, hər halda, həmin ərazilərdə, onları kiçik qüvvələrlə məğlub etmək və irəliləməyə imkan verməmək mümkün idi”, - deyə o, revanşist arzularını dilə gətirib.
 
Müxalifəti təmsil edən deputat Ermənistan hökumətinin ordu quruculuğundakı işini tənqid edib. Onun fikrincə, işləmək, ordunu gücləndirmək və uğurla müdafiə olunmaq mümkündür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Siyasət 16:50
Belarusun XİN rəhbəri Ceyhun Bayramovazəng edib
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Əli Əsədovla Cevdet Yılmaz İranın dron hücumlarını müzakirə edib
Siyasət 13:33
Əli Əsədovla Cevdet Yılmaz İranın dron hücumlarını müzakirə edib
İran Azərbaycana məsələni araşdırmağa söz verib - Nazir
Siyasət 13:25
İran Azərbaycana məsələni araşdırmağa söz verib - Nazir
Azərbaycan Prezidenti Qananın Müstəqillik Günü münasibətilə təbrik ünvanladı
Siyasət 12:12
Azərbaycan Prezidenti Qananın Müstəqillik Günü münasibətilə təbrik ünvanladı
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol