• $
  • £

İranda etiraz aksiyalarında 73 mətbuat nümyəndəsi həbs olunub

İranda etiraz aksiyalarında 73 mətbuat nümyəndəsi həbs olunub
05.01.2023 17:32
İranda etiraz aksiyaları zamanı 73 mətbuat nümayəndəsi həbs olunub.

Bu barədə "Amerikanın səsi” radiosunun fars dili redaksiyası məlumat yayıb.


Bildirilib ki, etiraz aksiyalarının 110-cu günüdür. Bu müddətdə 19 200 etirazçı tutulub. Onların 73-ü KİV nümayəndəsidir. Jurnalistlər birliyinin dərc etdiyi araşdırmaya əsasən, tutulanların 38-i müstəqil, 25-i isə ümumiran media, 10-u əyalət mediasının müxbiri, 10-u isə fotomüxbirdir.


Məlumata görə, tutulan jurnalistlər arasında hakimiyyətin İRNA, İSNA, İLNA, "Kar”, "Mehr” kimi xəbər agentliklərinin əməkdaşlarının da adları var. Ən çox isə islahatçılara yaxın sayılan "Şərq”, "Həft Sobh” və "Fərəz” kimi media orqanlarının jurnalistləri həbs edilib.


Məhsa Əmininin Tehrandakı Kəsri xəstəxanasına yerləşdirilməsindən sonra hadisə ilə bağlı xəbər verən ilk müxbirlərdən biri "Şərq” qəzetinin əməkdaşı Nilufər Həmidi və "Hamamixan” qəzetinin əməkdaşı İlahə Məhəmmədi Məhsanın dəfn mərasimini işıqlandırdıqları üçün "Qərblə əməkdaşlıqda” ittiham olunaraq tutulublar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol